“Atletlər kəndi”ndəki görüntüləri yayanın cəzası endirildi
I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərinin avtobusla vurulması anının videogörüntülərini yayan “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənovun kassasiya şikayətinə baxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə E.Həsənova 1 il güzəşt edilib. Onun cəzası 3 ilə endirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bu iş üzrə digər təqsirləndirilənlər – avtobus sürücüsü Vəli Əhmədov və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamova 3 il cəza verilsə də, onların cəzanı məntəqə tipli müəssisədə çəkməsinə qərar verildiyi üçün azadlıqda qalıblar.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanova isə şərti cəza verilib. Beləliklə,o da həbsə göndərilməyib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"