"Atam məni çox döyüb"
“Mən bir xanım ömrü yaşamadım. Bunu Allah mənə nəsib etmədi”.
Minval.info xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva “Üzə düz” verilişində deyib.
“Həmişə məclislərdə, el şənliklərində kişilərlə çiyin-çiyinə çalışmışam. Amma həmişə istəmişəm xanım ömrü yaşayım. Digər xanımlar kimi istəyərdim ömrümün çox hissəsi mətbəxdə keçsin. Əlbəttə ki, ailə, övlad – bunlar hamısı vacibdir, olmalıdır. Allah hamını xoşbəxt etsin, amma məndə alınmadı…”, – deyə o əlavə edib.
Mərhum atasını xatırlayan sənətkar onun çox sərt adam olduğunu deyib:
“Məni də zamanında çox döyüb. Oxuyurdum, kişi də məni döyürdü ki, oxuma da. Balaca idim. Birinci, ya ikinci sinfə gedirdim. Mən də özümü saxlaya bilmirdim, oxuyurdum. Gedirdim qonşuda otururdum, oxuyurdum. Atamın iş yeri yaxın idi, evə piyada gəlirdi. Yola uşaq qoyurduq, deyirdik ki, gələndə xəbər et, mənim səsimi eşitməsin. Sonralar mən oxuyanda kövrəlirdi. Hər kəs bunun şahididir ki, mən oxuyurdum, atam kövrəlirdi, göz yaşı tökürdü. Amma bilmədim bu nədən idi…”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəkidə faciə: "rolik" iki can aldı
Yasamalda avtomobil avtobusa çırpıldı: Xəsarət yoxdur
Çində 26 mərtəbəli bina 120 saata tikildi
Zabratda qəbiristanlıq su altında qaldı
Trudeau film və serial istehsalına başlayır
Tərtər sakini minalı ərazidə həyatda qaldı
Si Cinpin 7 ildən sonra Hindistanda!