Erməni əsirlikdən qayıdan Dilqəm Əsgərovla oğlu arasında qalmaqal – POLİS İŞƏ QARIŞDI
Kəlbəcərdə erməni girovluğundan azad edilən Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında növbəti dəfə ciddi münaqişə baş verib. K.Əsgərov atasının ona fiziki xəsarət yetirdiyini iddia edir. Hadisənin Şəmkir rayonunun Çinarlı kəndində gerçəkləşdiyi bildirilir.
Minval.info xəbər verir ki, Kürdoğlu Əsgərov atasının yaşadığı evə gələrək mülk bölgüsü zəminində Ondan 15 min manat pul tələb etdiyini açıqlayıb. İddiaya görə, yaranan mübahisə zamanı Dilqəm Əsgərov avtomobilindən götürdüyü dəmir parçası ilə oğluna hücum edərək xəsarət yetirib.
K.Əsgərov hadisədən öncə atasının avtomobilində ayın sonuna qədər 13 min manat ödənilməsini tələb edən qeyd tapdığını da diqqətə çatdırıb. Münaqişənin əsas səbəbinin Şəmkirdəki yaşayış evi olduğunu vurğulayan oğul, hadisə anına dair video görüntüləri də ictimailəşdirib. Kadrlarda həyətdə tərəflər arasında kəskin söz davasının getdiyi və Dilqəm Əsgərovun əlində küt alətin olduğu aydın görünür.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən açıqlamada bildirilib ki, vətəndaşın şikayəti əsasında Şəmkir Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb, şikayətçinin izahatı alınıb və xəsarətin dərəcəsini müəyyən etmək üçün müvafiq məhkəmə-tibbi ekspertizası təyin edilib. Məhkəmə ekspertizasının rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Xatırladaq ki, ata və oğul arasında əmlak və maliyyə zəminində analoji qarşıdurmalar daha əvvəl də mətbuatın gündəminə gəlmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yeni avtomobil tunelinin tikintisi planlaşdırılır
Bakıda Məhəmməd Xiyabani küçəsində yeni tunel inşa ediləcək
Şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub
Milli Məclis kollektivi Zəfər parkını ziyarət etdi
Formula 1 Azərbaycan Qran-Prisindən sonra nəqliyyat bərpa olundu
Laçın və Kəlbəcərdə şəhidlərin xatirəsi anıldı
Bakı küçələrində nəqliyyat hərəkəti Formula 1 sonrası bərpa olundu