Ata Nurməhəmmədov oğlunun dava salmasının səbəbini açıqladı
UFC-nin yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədov döyüşdən sonrakı davanın səbəblərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Nurməhəmmədov bunu belə ifadə edib:
“Makqreqorun komandasından məşqçi daim foto paylaşırdı. Həmin fotoda Həbibin əlində şərab olduğu, onu içdiyi, süzdüyü göstərilirdi. Onu bu şəkildə təqdim edirdi. O, bizim ailəni, dəyərləri, dinimizi təhqir edirdi”.
İdmançının atası deyib ki, oğlunu belə şeylərə münasibət bildirməməyə çağırıb:
“Sənin rəqibin var, ona köklən, vəssalam. Həbib Makqreqoru boğucu fəndlə udanda həmin insan onu təhqir etməyə başladı və sonra da Həbib oktaqondan kənara çıxdı. Bu, yolverilməzdir”.
Qeyd edək ki, Əbdülmanaf Nurməhəmmədov daha əvvəl oğlunu bu hərəkətinə görə sərt şəkildə cəzalandıracağını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Qaşıqçı işi"ndə yenilik - Səudiyyə Ərəbistanı “günah keçisi”ni tapdı
Murad Dadaşov Xəzər TV-nin rəhbəri təyin olundu
Müdafiə Nazirliyi ermənilərin absurd fikirlərinə cavab verdi
Ziya Məmmədovun qardaşı danışdı: “...İnşallah, seçkiyə qoşularıq”
Abşeron Rayon İcra Hakimiyyəti məlumat yaydı: "Müavinlər həbs olunmayıb"
Bakıda baş vermiş dəhşətli qəzanın təfərrüatı – REPORTAJ
Oqtay Gülalıyev yenə əməliyyat olundu
