12.10.2019 - 11:58
Ölkə
14 baxış
“Atəşgah”ın biliciləri Azərbaycanı Avropa Kubokunda təmsil edəcək (FOTOLAR)
Oktyabr ayının 11-13-də Belorusiyanın paytaxtı Minsk şəhərində tələbələr arasında intellektual oyunlar üzrə Avropa Kuboku keçiriləcək.Qaynarinfo xəbər verir ki, beynəlxalq festivalın üç günlük proqramında “Nə? Harada? Nə zaman?”, “Erudit-Kvartet”, “Breyn Rinq” və “Fərdi oyun” kimi komanda oyun distiplinləri üzrə medal dəstləri oynanılacaq.
30-dan çox Avropa ölkəsi iştirak edəcək turnirdə Azərbaycanı “Atəşgah” klubunun “KCN” komandası təmsil edəcək.
Fransa-Azərbaycan universitetdən, Bakı Dövlət Universitetdən və Bakı filialın Lomonosov adına Moskva Dövlət Universitetdən tələbələrindən ibarət “KCN” komandası “Atəşgah” klubunun tələbə liqasının nəticələrinə əsasən, Azərbaycanı təmsil etmək hüququnu əldə edib.
Komandanın tərkibinə Əbdül Quliyev, Sara Salayeva, Daniil Mihaylov, Məsumə Suleymanova, Marina Kalmıkova və Sənan Nəcəfov (komandanın kapitanı) daxildir.
“Atəşgah” bilicilər klubu 1989-cu ildən fəalliyyət göstərir və Azərbaycanın ən qədim intellektual klubudur. Klubun komandaları Azərbaycanı mütəmadi olaraq müxtəlif beynəlxalq turnir və festivallarda təmsil edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
20.10.2026 - 15:34
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18



