Astarada saxta dollar satan şəxs tutulub
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr, psixotrop maddə və saxta pul əsginasları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Orxan İbrahimov və Sədi Məmmədov saxlanılıb. Onların hər ikisinin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onlara narkotik vasitəni satan şəxsin Astara şəhər sakini İmran Məmmədov olduğu müəyyən edilib və o, saxta 100 ABŞ dollarını satarkən saxlanılıb. İ.Məmmədovun üzərindən və yaşadığı evdən ümumilikdə 810 qram narkotik vasitə qurudulmuş marixuana, 74 qram psixotrop maddə metamfetamin, 13 ədəd 100 ABŞ dolları, 2 ədəd 100 manatlıq, 6 ədəd 50 manatlıq, 20 ədəd 20 manatlıq saxta pul əsginasları və 1 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeronda kişi dənizdə boğulub
Bakıda sürücü piyadanı vuraraq öldürdü
Bakıda kişi qadını döydü, sonra maşınına oturub getdi...
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb
“Küp bildim, insan kəlləsi çıxdı” – İnsan qalıqları tapan sakin – VİDEO
Bakıda 20 yaşlı gənc itkin düşdü
"Ucuz market"dən məhsul alan müştəri ŞOKA DÜŞDÜ (FOTOLAR)