Astarada ağacları qanunsuz kəsən şəxslə bağlı sənədlər prokurorluğa göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Astara rayonu Kələdəhnə yaşayış massivində köküstə yaş 8-40 sm diametrliyində müxtəlif cinsli ağacların kəsildiyini aşkar edib.
Nazirlikdən “Report”a verilən məlumata görə, araşdırma zamanı ağacların Astara şəhər sakini Mahir Məmmədov tərəfindən kəsildiyi və təbiətə 9080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı təqsirkar şəxs barəsində akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Astara rayon Prokurorluğuna göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır