“AST Telman”ın harada gizləndiyi bilindi - Fransa

Məlum olduğu kimi, Moskvanın Basman rayon məhkəməsi “AST” .irkətlər qrupunun qurucusu, daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılov barəsində qiyabi həbs qərarı verib. Bundan sonra o beynəlxalq axtarışa verilib.
Musavat.com-un verdiyi xəbərə görə, indi ən çox maraq edilən mövzu T.İsmayılovun harada olmasıdır. T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. “Bu, məhz həbs təhlükəsi ilə bağlı idi” deyən mənbə T.İsmayılovun İsraildə olduğunu iddia edib. Vəkili isə iddia edir ki, müvəkkili heç vaxt gizlənməyib. “Onu heç kim heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, – deyə, Marina Rusakova bildirib.
Vəkilin sözlərinə görə, T İsmayılov heç bir cinayətdə özünü təqsirli bilmir. Rusiya KİV-i isə yazır ki, T.İsmayılov hazırda Fransada gizlənir.
O, Türkiyənin onu Rusiyaya verə biləcəyindən ehtiyat edərək bu ölkəyə sığındığı deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"