Aslan İsmayılova hökm oxundu
Hüquqşünas Aslan İsmayılovun Binəqədi Rayon Məhkəməsində aylardır, davam edən məhkəmə prosesi bu gün yekunlaşıb. Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hüquqşünas bir il islah işlərinə cəlb olunma cəzası alıb. Eyni zamanda, A.İsmayılovun qazancının 20%-nin tutulması və onun 1500 manat məbləğində cərimə olunması barədə qərar da var.
Qeyd edək ki, hüquqşünas Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurdu. İttihama görə, A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb, məhkəmə zalındakı divarın suvağını dağıdıb, səs-küy salıb iş prosesini pozmaq istəyib. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməmək haqda iltizam-qətimkan tədbiri seçmişdi.
Onu da xatırladaq ki, bu A.İsmayılovun ilk cəzası deyil. Bundan öncə Səbail Rayon Məhkəməsi iş adamı Mürvət Həsənlinin şikayəti əsasında onun qazancından 15% dövlət nəfinə tutulmaqla, hüquqşünasın 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilməsi barədə qərar çıxarıb. Həmçinin o, 1500 manat cərimə olunub. Eyni zamanda, Səbail Məhkəməsi “Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyevin şikayəti əsasında onu 1500 manat cərimələyib.(musavat.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Xankəndidə yaşayan erməniləri kommunal xidmətlərlə təmin etməliyik”
Şimşək çaxacaq, leysan yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Kəlbəcər və Qubadlıya hərbi prokurorlar təyin olunub
"Özünüzü beyni silikonla dolu psixoloqlara etibar etməyin"
Qubada yeyib-içmək məclisi təşkil edən 5 gənc saxlanıldı
Bakı şəhər Baş Polis İdarəsinin şəxsi heyəti praktik atışlara cəlb olunub
"Qaçaq Koroğluya heykəl qoymuşuq" - Deputat