Asif nəsirlinin xatirəsi əbədiləşdirildi: Məzarı üzərində yeni abidə ucaldıldı
Asif Nəsirlinin məzarı üzərində yeni qəbirüstü abidə quraşdırılıb. Bu abidə mərhum həkimin xatirəsini əbədiləşdirmək məqsədilə hazırlanıb.
Minval.info xəbər verir ki, Asif Akif oğlu Nəsirli tanınmış həkim-radioloq və radiasiya onkoloqu idi. O, 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb və daha sonra Milli Onkologiya Mərkəzində internatura və kliniki ordinatura keçib.
2008-ci ildən etibarən Asif Nəsirli Milli Onkologiya Mərkəzində radiasiya onkoloqu kimi fəaliyyət göstərib. Onun əsas ixtisaslaşma sahəsi uşaqlarda və böyüklərdə bərk şişlərin və onkohematoloji xəstəliklərin şüa terapiyası idi. Həmçinin, onun 9 elmi nəşri dərc olunub.
30 aprel 2026-cı ildə Milli Onkologiya Mərkəzində baş verən partlayışda ağır xəsarət alan Asif Nəsirli, 5 may 2026-cı ildə müalicə aldığı xəstəxanada vəfat edib. O, 7 may 2026-cı ildə dəfn olunub və indi onun məzarı üzərində abidə ucaldılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib