"Arzum 9999" Almaniyaya gedə biləcək? – Hüquqşünas açıqladı
“Arzum 9999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın ev dustaqlığına buraxılmasından sonra onun Almaniyaya gedib-getməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Minval.info xəbər verir ki, hüquqşünas Rövşən Məmmədov bunun hazırkı mərhələdə mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, məhkəmə prosesində müdafiə tərəfi İlduzə Hacıyevanın dörd azyaşlı övladının Almaniyada olduğunu və ananın həbsdə qalacağı təqdirdə uşaqların sığınacağa düşmək riski ilə üzləşəcəyini diqqətə çatdırıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Hüquqşünas vurğulayıb ki, bu amil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına təsir etsə də, həmin qərar İlduzə Hacıyevaya Almaniyaya getmək hüququ vermir.
Onun sözlərinə görə, ev dustaqlığı qərarı qüvvədə olduğu müddətdə tiktoker məhkəmənin müəyyən etdiyi bütün şərtlərə əməl etməlidir. Xaricə səfər etməsi üçün isə ayrıca məhkəmə qərarı qəbul edilməli və ya barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilməlidir.
Rövşən Məmmədov əlavə edib ki, indiyədək rəsmi açıqlanan məlumatlarda İlduzə Hacıyevaya Almaniyaya getməyə icazə verilməsi ilə bağlı hər hansı qeyd yer almayıb. Globalinfo.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda