”Artıq düşmən qarşısında şaxsey-vaxseyi yığışdırmaq lazımdır və..."
“Həmişə bu fikirdəyəm və bu gün də onu bir daha deyim ki, Azərbaycan xalqı böyük mədəniyyətlər yaradan millətlərdəndir və heç vaxt qəminin, kədərinin qarşısında sınmayıb”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudbəyov tarix boyu xalqımıza qarşı tödərilən soyqırımlardan danışarkən deyib. Xalq artisti bildirib ki, biz buna görə düşmənin üzərinə gedib, qisasımızı almalıyıq:
“Uzun illər “Yanıq Kərəm” havasıyla bağlı çox ciddi mübarizə aparırdım və mənə deyirdilər ki, düz etmirsən. Bilirsiniz ki, insanlarımız bu havaya oynayır. Hansı ki, “Yanıq Kərəm” Azərbaycanın ən qədim aşıq musiqisidir və bunu biz həmişə böyük məclislərdə, hərb savaşlarında milli ruhumuzu bərpa etmək üçün ifa etmişik. Həmişə bu fikirdəyəm və bu gün də onu bir daha deyim ki, Azərbaycan xalqı böyük mədəniyyətlər yaradan millətlərdəndir və heç vaxt qəminin, kədərinin qarşısında sınmayıb. Əksinə, ondan nəticə çıxarıb. Təəssüf ki, sovet dövründə bolşevik hakimiyyəti bizdə olan bu əyilməz psixologiyanı sındırdı, amma sonradan bu bərpa edildi.
Bu mənada insanların psixologiyası formalaşıb bərpa olunmalıdır ki, onlar faciələrinin qarşısında sınıb, dizlərinə döyüb ağlamaq əvəzinə, düşmənin üstünə gedib qalib gəlsinlər. Düşünürəm ki, soyumuza, kökümüzə, mübariz ruhumuza qayıtmalıyıq. Horadizdə keçirilən konsert proqramına baxdım və çox xoşuma gəldi. Artıq şaxsey-vaxseyi düşmən qarşısında yığışdırmaq lazımdır. Beynəlxalq səviyyədə mübariz bir millət olduğumuzu ortaya qoymalıyıq. Tarix boyu bütün dünya türkün qabağında zağ-zağ əsib. Türk at belindən düşüb, qılıncını qınına qoyub, yatağına girən gündən ona qarşı xəyanət etməyə başladılar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bu xanımlar pensiyaya daha erkən çıxa biləcək
Nazir əmr verdi - 20-40 yaş arası hər kəs peyvənd olunacaq
Özbəkistanın mindən çox dövlət qulluqçusu Avropada təcrübə keçəcək
Yolu qısalsın deyə, ömrünü qısaldanlar... - müdhiş qəzaların daha bir səbəbi
Azərbaycanda “WhatsApp” istifadəçilərinin nəzərinə: Bu mesajı açmayın - FOTO
Sabah şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək