"Arsenal" yenə etiraz etdi - Bəyanat yaydı
UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün “Arsenal” azarkeşlərinə cəmi 6 min bilet ayırmasına ingilis klubu növbəti dəfə etiraz edib.
London təmsilçisi sözügedən məsələ ilə bağlı bu gün bəyanat yayıb. Bəyanatda deyilir ki, “Arsenal”da hər kəs komandanın Avropa Liqasında finala çıxmasından məmnundur.
“Hamımız səbirsizliklə “Çelsi” ilə mayın 29-da keçiriləcək oyunu gözləyirik. Buna baxmayaraq, UEFA-nın nəqliyyat məhdudiyyətinə görə, 60 mindən çox (70 minə yaxın – red.) azarkeş tutumuna məxsus stadionda “Arsenal”a cəmi 6 min bilet ayırmasından məyus olmuşuq. Səfər problemlərini nəzərə alsaq, həmin azarkeşlərin oyuna gedə bilib-bilməyəcəyini zaman göstərəcək. Bizim 45 min abunəçimiz var. UEFA-nın final oyunu üçün nəqliyyat məhdudiyyəti olan yer seçməsi sadəcə, düzgün deyil. Reallıq budur ki, finala çıxan klublar azarkeşlərinin tələblərini qarşılaya bilməyəcəklər. Məsələ ilə bağlı fanatlarımızdan xeyli şikayət almışıq və onların narahatlıqlarını bölüşürük. Azarkeşlərimizin adından gələcəkdə finala görə seçiləcək yer üçün meyarları, həmçinin bunun bir hissəsi kimi, tərəfdarların tələblərinin necə nəzərə alınacağını öyrənmək istəyirik”.
Bəyanatda daha sonra qeyd olunub: “Biz UEFA-nı azarkeşlərin final məkanı ilə bağlı tələblərini yerinə yetirməyə çağırırıq. Çünki bu mövsüm baş verən hadisələr qəbuledilməzdir və təkrar oluna bilməz. Bunun üçün gələcəkdə qurumla istənilən müzakirəyə qoşulmaqdan məmnun olarıq”.
Qol.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Futbolun nə demək olduğunu bilirik” - Qurban Qurbanov
Avropa çempionlarımız vətənə qayıtdı
Ronaldo 200 milyonluq futbolçunun "Real"a transferinə qarşı çıxdı
Barcelona-da koronavirus şoku
Futbolçu və sevgilisinin satın aldığı villa göz qamaşdırır - FOTO
Messi Ronaldonu ötdü
Azərbaycanda yüksək səviyyəli futbol akademiyası tikiləcək -Fotolar