"Arsenal"dan türk və erməni futbolçu ilə bağlı şok qərar
“Arsenal” heyətində böyük dəyişiklərə hazırlaşır.
Fana.Az xarici mediaya istinadən xəbər verir ki, böyük maaş yükündən qurtulmaq istəyən London klubunun
Stepan Lixtşteyner, Karl Cenkinson və Məhaməd Elnenidən sonra Məsut Özil və Henrix Mxıtaryanla yollarını ayırmaq qərarına gəlib. Özil həftədə 350, Mxıtaryan 180 min funt-sterlinq maaş alıb. “Arsenal” hər iki futbolçu üçün gələcək təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, 2013-cü ildə “Real”dan 47 milyon avroya transfer olunan Özil cari mövsümdə oynadığı 33 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. 2018-ci ilin yanvarında “Mançester Yunayted”dən 34 milyon avroya alınan Mxıtaryan isə 37 oyunda 6 dəfə fərqlənib və 6 qol ötürməsi verib.
Onu da qeyd edək ki, Aaron Remzi, Petr Çex və Danni Uelbekin “Arsenal”ı tərk edəcəyi dəqiqləşib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı