“Arsenal”dan Mxitaryanla bağlı gözlənilməz qərar
İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryan Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak etməyəcək.
ONA-nın “The Times” nəşrinə istinadən məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi “Çelsi” ilə mayın 29-da keçiriləcək matça gətirilən heyətdə olmayacaq.
Futbolçunun Londonda qalması klub rəhbərliyinin təhlükəsizliklə bağlı düşüncələri ilə bağlıdır. İngiltərəlilər H.Mxitaryanın Azərbaycana gəlməsi ətrafında yaranacaq səs-küyün həlledici matçda komandaya mənfi təsir edə biləcəyindən ehtiyatlanır.
Qeyd edək ki, H.Mxitaryan Dortmund “Borussiya”sında çıxış etdiyi vaxt “Qəbələ”, “Arsenal”ın heyətində isə “Qarabağ”la Bakıda keçirilən görüşlərə də gəlməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı