06.08.2026 - 00:29
İqtisadiyyat 6 baxış

Arıçılıq sektorunda fəlakət: Katexçayın seli 250 min arı ailəsini yoxa çıxardı

İyul ayında baş verən leysan yağışları Katexçay çayının sağ sahilində arıçılıq təsərrüfatlarına ciddi ziyan vurub. Sel və daşqınlar nəticəsində 100-dən çox arıçı çətin vəziyyətlə üzləşib, çünki arı yeşiklərinə aparan yol tamamilə yararsız hala düşüb.

Minval.info xəbər verir ki, Katex kəndindən 4-5 kilometr məsafədə yerləşən arı yeşiklərinə giriş mümkün olmadığından, 4 mindən çox arı ailəsi nəzarətsiz qalıb və məhv olmaq təhlükəsi ilə üz-üzədir. Arıçılar aidiyyəti qurumlardan köhnə yolun bərpası və ya alternativ yolun çəkilməsi üçün yardım istəyirlər.

Arıçılardan biri bildirib ki, sel yolu tamamilə dağıdıb və təsərrüfatlara çatmaq mümkünsüz olub. “Keçən il Respublika Arıçılar Assosiasiyasının qeydiyyatında 500 min arı ailəsi var idi, amma baxımsızlıq səbəbindən bu rəqəm 250 minə qədər azalıb,” – deyə o qeyd edib. Bəzi təsərrüfatlara 15-20 min manatadək ziyan dəyib.

Digər bir arıçı isə bu vəziyyətin onun arıçılıq karyerasında qarşılaşdığı ən ciddi problemlərdən biri olduğunu vurğulayıb. “1991-ci ildən bu işlə məşğulam, amma belə bir vəziyyətlə ilk dəfədir üzləşirəm. Mənim 150 arı ailəm var və təkcə mənim təsərrüfatıma dəyən zərər 4-5 min manat civarındadır,” – deyə o bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: