Arda Turana daha bir zərbə qayınatasından gəldi
Gecə klubunda müğənni Berkay Şahini döyərək burnunu sındıran və daha sonra xəstəxanaya silahla hücum edən Arda Turana daha bir zərbə qayınatasından gəlib.
Fanat.Az xəbər verir ki, futbolçunun həyat yoldaşı Aslıhan Doğanan atası Sabri Doğan qızını öz evinə aparıb.
Hadisə baş verən gecə Beray Şahinin həyat yoldaşı Özlem Şahin Aslıhana zəng etmiş və futbolçunun 8 aylıq hamilə olan həyat yoldaşı xəstəxanaya getməli olmuşdu. İddialara görə, bu hadisə Doğan ailəsini əsəbiləşdirib və Sabri Doğan qızını öz evinə aparıb. Onun Ardaya “Qızım 8 aylıq hamilədi. O evdə tək qalır, sən gecə klublarında əylənirsən. Aslıhan uşağı dünyaya gətirənə qədər bizdə qalacaq” deyib.
Qeyd edək ki, Türkiyə Prokurorluğu Ardaya “cinsi təzyiq”, “qəsdən sağlamlığa zərər vurma” və “qanunsuz silah gəzdirmək” maddələri ilə cinayət işi açıb. Futbolçunu 12,5 ilədək həbs cəzası gözləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır