ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO
Telejurnalist Elyar Sadıqovun yeni doğulmuş körpələri vəfat edib.
12 avqustdan 13 avqusta keçən gecədə Respublika Perinatal Mərkəzində dünyaya gələn üçəmlərdən ikisinin ömrü yarım gün sürüb.
İlk dəfə ata olmağın sevincini yaşayan və saatlar sonra iki övladını itirən Elyar kədərini belə ifadə edib:
“Həyat o qədər acımasız, o qədər qəddardır ki, bəzən nifrətim həyata olan sevgimi üstələyir! Axı niyə sınaqlar bitmir?! Valideyin sınağına çəkdin, dözdüm! Dözməliydim! Ayaqda durmaq üçün! Övlad sınağı çox olmadımı?! Deyirlər hər işdə bir xeyir var. Bəs mənim xeyrim nədir?! Amma bu sınaqdan da keçəcəm! Artıq ürəyim daşlaşıb! Hər cür sınaqlar, çətinliklər gördüm! Amma yenə yıxılmayacam! Ayaqda dik duracam! Sınaqlarındır məni gücləndirən! Sınmayacam! Buna əmin ol! Çünki sən, yeri-göyü yaradansan!”
Qeyd edək ki, vaxtilə ANS, Muz TV, Xəzər TV və ATV kanallarında çalışan Elyar Sadıqov hazırda ARB-də “Show News” proqramının müxbiridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazim İbrahimovun qardaşını 15 illik cəza gözləyirdi, həbs edilmədi
“Rusiyanın şəhərlərini vuracağıq…” – Arestoviç ilk dəfə və rəsmən bəyan etdi
Sərt karantin rejimi uzadılacaq? RƏSMİ AÇIQLAMA
Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir - SON DƏQİQƏ
“Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var”
1xBet-in Manilada və Londonda ikiqat zəfəri!
Prezident hərbi qulluqçuları təltif etdi - Siyahı
