Araz-Naxçıvanın Çempionlar Liqası rəqibləri açıqlandı
Araz-Naxçıvan futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək. Komanda 5-ci qrupda yer alıb və bu qrupda rəqibləri artıq müəyyənləşib. C qrupunun qalibi “Buba Mara” və D qrupunun lideri “Uypeşt” komandaları Araz-Naxçıvanın rəqibləri olacaq.
Minval.info xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri eyni qrupda yer ala bilməz. Buna görə də, E qrupunun qalibi olan Ermənistan çempionu “Unisport” yerinə D qrupunun qalibi 5-ci qrupa daxil edilib. Bu mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək.
5-ci qrupda “Piast” (Polşa), “Araz-Naxçıvan” (Azərbaycan), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) komandaları mübarizə aparacaq. Qeyd edək ki, “Araz-Naxçıvan” bu turnirdə 21-ci dəfə iştirak edəcək və bu göstəricidə yalnız Qazaxıstanın “Kayrat” klubundan geri qalır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib