Aqil Abbas: “Özəl kanalları qınayanlardan biri də mənəm, amma ...”
Milli Məclisin plenar iclasında “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı çıxış edən deputat Aqil Abbas maraqlı fikirlər söylədi.
O, İTV-nin keçmiş rəhbərliyinin xidmətlərindən bəhs etdi: “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası yarananda şirkətə İsmayıl Ömərov rəhbərlik edib. O, burada çox yaxşı ənənə qoyub, sıfırdan televiziya yaratdı. İndiki rəhbərlik də bir qədər gücləndirib, öz baxışını tətbiq edib.
Bizdə ənənə var, kimsə 15 il işləyir, həmin vəzifəyə başqası təyin olunan kimi deyirlər, köhnə problemlər həll ediləcək. Direktor Balaş Qasımov da yeni seçilib, işini yaxşı görür, amma əvvəlkiləri də unutmaq olmaz”.
A.Abbas qeyd etdi ki, İTV birdən-birə inqilab etməyib: “Bunun əsasını qoyan insanın da haqqını yeməmək lazımdır. Biz özəl telekanallara bir söz deyə bilmərik, çünki büdcədən maliyyələşmir. Özəl kanallar reytinq arxasınca qaçmağa məcburdurlar ki, reklam ala bilsinlər. Reklam bazarı da sıfır vəziyyətdədir. Yalnız şadlıq evləri və dərman preparatları reklam olunur. Dünyada, artıq dərmanın reklamı qadağan olunur. Özəl kanalları qınayanlardan biri də mənəm, amma onların üstünə çox getməyə ehtiyac görmürəm. İTV isə əvvəldən xalqın televiziyası olub, belə də davam edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəhşi heyvan və balıq ovuna icazə verilməsi asanlaşır
"Tonqal” restoranının sahibi həbs edildi
Azərbaycanda Ramazan bayramı hansı tarixdə keçiriləcək?
Mehriban Əliyeva Xalq artistinə maşın hədiyyə etdi (Fotolar)
Yeni şəxsiyyət vəsiqələrinin maraqlı cəhətləri açıqlandı
Prezident sumqayıtlılarla görüşdü - FOTO
Azərbaycanda güclü-dağıdıcı zəlzələ ola bilərmi? - RƏSMİ AÇIQLAMA