Apteklərlə bağlı yeni tələblər müəyyənləşdi - VİDEO
Xəstələrin apteklərə qaytardığı dərmanlar məhv edilməlidir.
Minval.İnfo xezxerxeber.az-a istinadən xəbər verir ki, məlumatına görə, bu tələb Səhiyyə Nazirliyinin təsdiq etdiyi “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”də öz əksini tapıb. Bu tələblər Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən hazırlanıb.
Yeni qaydalara əsasən xəstələr tərəfindən apteklərə qaytarılan dərman vasitələri anbarlara təhvil verilərkən digər məhsullarla qarışdırılmamalı və məhv edilməlidir. Həmçinin apteklər tərəfindən ehtiyatda olan hər hansı məhsul sonradan anbarlara qaytarılan zaman fərqləndirilməli və bu barədə qeydlər aparılmalıdır. Bundan sonra həmin məhsullar bir müddət karantində saxlanılmalı və yalnız təyin olunmuş cavabdeh şəxsin məhsulun keyfiyyəti barədə müsbət qiymətləndirməsindən sonra satış üçün nəzərdə tutulan məhsullarla eyni sahəyə yerləşdirilməlidir.
Geri çağırılmış məhsullar da daxil olmaqla, qaytarılmış məhsullar təsdiq edilmiş prosedurlara əsasən idarə edilməli və aparılmış qeydlər qorunub saxlanmalıdır.
Xüsusi saxlanma şəraitləri tələb edən dərman vasitələrinə dair müvafiq saxlanma təlimatları olmalıdır
Bundan başqa, yeni tələblərdə apteklərə əlavə səlahiyyətlər də verilib. Apteklər artıq diaqnostik test üsullarından, yəni qanda şəkərin miqdarı, bədən hərarətinin, arterial təzyiqin, boyun və çəkinin ölçülməsi işləri ilə də məşğul ola bilər. Xəstələrin diaqnostik test üsulu ilə müayinəsi xüsusi öyrədilmiş şəxsi heyət tərəfindən həyata keçirilməlidir.
Həmçinin aptek ayrıca binada və yə yaxud hər hansı binanın qeyri-yaşayış sahəsində, zirzəmi və yarımzirzəmi istisna olmaqla yerləşdirilə bilər. Aptek özəl müalicə-profilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır.
Dərman vasitələrinin daşınmasına və saxlanmasına dair tələblər bu işləri həyata keçirən həyata keçirən əczaçılıq müəssisələrinə şamil edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib