Aptek 20 qəpiyə görə 4000 manat cərimələndi
Biləsuvar rayonunda fəaliyyət göstərən ‘Buta’ apteklər şəbəkəsi qiymət fərqinə görə 4000 manat cərimələnib. Vətəndaşın şikayəti əsasında aparılan araşdırma nəticəsində, aptekin ‘Zintox N20’ adlı qida əlavəsini qablaşdırmada göstərilən qiymətdən 20 qəpik baha satdığı müəyyən edilib.
Minval.info xəbər verir ki, vətəndaş İmanzadə Gündüz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək, məhsulun qablaşdırma üzərində 25 manat 90 qəpik göstərilməsinə baxmayaraq, 26 manat 10 qəpiyə satıldığını bildirib. Şikayət əsasında təqdim olunan satış qəbzi və məhsulun qablaşdırmasının fotoları faktı təsdiqləyib.
Araşdırma nəticəsində, aptekin işçisinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsini pozduğu müəyyən edilib və bu səbəbdən inzibati xəta haqqında protokol tərtib olunub. Biləsuvar rayon məhkəməsinin qərarı ilə ‘Buta’ apteklər şəbəkəsi 4000 manat məbləğində cərimələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib