Aparıcı Aytən Səfərova: "Sanki sönmüşəm, qalxıb yerimək belə çətindir..."
“Mənim üçün ayağa qalxıb yerimək belə çətindir. Sanki sönmüşəm”.
Minval.info xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova qeyd edib. O bildirib ki, bu gün verilişinə Xocalı sakini, həmin günlərin canlı şahidi, 20 yaşında ikən ermənilərə əsir düşmüş və müsibətlər yaşamış Dürdanə Ağayevanı qonaq çağırıb. Onunla söhbətdən sonra aparıcı hələ də özünə gələ bilmədiyini söyləyib: “Mənim üçün ayağa qalxıb yerimək belə çətindir. Sanki sönmüşəm. Qabağı görmürəm. 26 il ötür. Bu müddət ərzində böyümüşük, çox irəli getmişik, böyük nailiyyətlərə imza atmışıq və sair, amma… bu “amma” qanımızı sovurur, canımızı alır, ürəyimizdə xal salıb, kök atıb, dağ vurub.
Donmuş uşaqların cəsədlərini görmək, qızlarımızın, qadınlarımızın, 5-6 yaşlı qız və oğlan balalarımızn başına gətirilən müsibətləri eşitmək insanı sümüyünün iliyindən silkələyib ayıldır. Ermənilərin doqquz yaşlı azərbaycanlı qızcığazın başına açdığı oyunları eşidib bilmək məni nəinki qadın və ana, bir insan kimi sarsıtdı”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Aytən Səfərovanın sözlərinə görə, Qarabağ kimi dərdimiz olduğu halda, bizsə gündə “gic-gic” mövzulara dair bir-birimizi qırırıq:
“O inildəyən balalarımızın, gəlinlərimizin, zorlanmış qızlarımızın namus-qeyrət, qolları, başları kəsilən uşaqların qanının qisası var…Kim kimə tac taxdı, kim alverçiyə borclu qaldı, Aygündü sənətkar, ya Röya?! Və sair… Min xırda, səviyyəsiz “problem”ə səpələnib cilik-cilik oluruq, amma şəhidlərin, zorlanmış qız-gəlinlərimizin, orqanları çıxarılıb xaricə satılan bacı-qardaşlarımızın, övladlarımızın qanı hələ də yerdədir…”
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda