26.07.2021 - 15:48
Ölkə
16 baxış
ANS açılırmı? Vahid Mustafayevdən AÇIQLAMA

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev telekanalın yenidən yayıma başlaması haqda yayılan məlumatlara münasibət bildirib.
Minval.info xəbər verir ki, tanınmış jurnalist, ANS CM-in yaradıcısı Vahid Mustafayev “Facebook” hesabında ANS-in yayım lisenziyası almaq üçün Milli Televiziya və Radio Şurasının elan etdiyi tenderdə iştirak etdiyini bildirib:
“MTRŞ təhsil verəcək və maarifləndirəcək TV ilə bağlı müsabiqə elan edəndə ANS Şirkətlər Qrupuna bağlı üç şirkətimiz (İNS ÇM, Balans və istipress) sənədləri hazırladı və MTRŞ-ya təqdim etdi. Bütün sənədlər də həmişəki kimi qaydasındadır.
İyulun 23-də MTRŞ üzvləri maddi-texniki bazaları yoxlamaq üçün avadanlıqların olduğu ərazilərə də baş çəkdilər və hər şeyin qaydasında olduğunu dillərinə gətirdilər və bu barədə müvafiq aktlara imzalar atıldı.
Unutmayaq ki, Vətənimizin və regionun bütün müasir tarixinin videoarxivi də ANS-dədir və təhsil işində həm nəzəri, həm də praktiki cəhətdən vacib olan bu dərsliyin maarifçilikdə xüsusi yeri var.
Bu istiqamətdə savadımız da var, bacarığımız da. Ən azı, digər iştirakçılardan fərqli olaraq bu işdə 30 illik təcrübəmiz var. Ona görə də bu müsabiqədən qalib çıxacağımıza inamım var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48