Anım Günü Naftalanda anılıb - Fotolar

Mənfur düşmənin ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanmasından bir il ötür.
“Minval.info” xəbər verir ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq Naftalan şəhərində tədbir təşkil olunub. Tədbirdə ŞİH başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış Memorial Kompleks ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb. Şəhər ərazisində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ŞİH başçısı Vüqar Novruzov, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Goranboy şöbəsinin rəisi Abdin Rüstəmov və şəhid ailəsi Zülfümar Nuriyeva çıxış edib. Tədbirin sonunda “Dəmir Yumruq”un tarixi zəfəri sənədli filmi nümayiş olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!