Andrey Arşavin: "Neftçi" Rusiya Premyer Liqasında 6 - 16-cı yerlərə ümid edə bilər"
“Nəticə qanunauyğundur. “Neftçi” bu matçı daha yaxşı keçirdi, “Arsenal”ın isə oyunu alınmadı”.
“Report”un məlumatına görə, bunu Rusiya milli komandasının sabiq futbolçusu Andrey Arşavin iki klub arasında keçirilmiş Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib. Ötənlərin məşhur hücumçusu bildirib ki, “Neftçi” Rusiya Premyer Liqasında 6 – 16-cı yerlərdən birinə ümid edə bilər. O, “Arsenal”ın ən yüksək həddini isə bir müddət sonra biləcəklərini vurğulayıb: “Bunun üçün əvvəlcə “Neftçi”ni keçmək lazımdır. Azərbaycan təmsilçisi daha yaxşı hücum edirdi. Harada vurmaq lazım idisə, vurur, harada ötürmə lazım idisə, ötürürdülər. Kanqva oynasaydı, daha yaxşı olardı. Özüm də Azərbaycan yığmasına qarşı çıxış etdiyim vaxtdan onların sərt çıxışlarını xatırlayıram”.
Qeyd edək ki, “Neftçi” və “Arsenal” arasında cavab oyunu avqustun 1-də “Bakcell Arena”da keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Real" azarkeşləri günahkarı tapdı: Alba Karrillo - FOTOLAR
Gündüz Abbaszadə “Qarabağ”da? - Açıqlama
Ayda ən çox maaş alan futbolçular açıqlandı - SİYAHI
Azərbaycanda yeni basketbol liqası yaradılır
Serbiyalı biznesmen İngiltərə klubunu alıb
9 qol vurulan matçda İbrahimoviç het-trik etdi - VİDEO
AFFA yeni yaradılan ittifaq barədə: "Qanuna ziddir..."