Efirdə qalmaqal: Anası danışanda qulaqlarını tutdu - Gəlin niyə yoxa çıxmışdı? (Video)
“Space Tv”-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, dərdini danış” sosial-kriminal layihədə maraqlı anlar yaşanıb.
Minval.info xəbər verir ki, Astara sakini olan Mələkxanım 5 il bundan əvvəl az yaşlı balasını atıb evdən çıxıb.
İllərdir övladından ayrı qalan ana ötən gün Space Tv-də uşağının üzü bağlı görüntüsünü və keçmiş ərini görüb. Teleaparıcı Amil Xəlilin Mələkxanıma səslənməsi və onu studiyaya dəvət eləməsi öz bəhrəsini verib. Bu çağırışdan bir neçə gün sonra gəlin övladı ilə görüşə gəlir.
Ötən gün birbaşa efirdə baş tutan görünüşdə inanılmaz anlar yaşanıb. Böyük tənqidlərlə qarşılaşan gəlin, göz yaşlarına boğulub. 4 ildən çoxdur yoxa çıxmasının səbəbini də açıqlayıb.
Maraqlı məqam isə Mələkxanımın qızı İlahə anasını tanımamaqla bərabər, o danışan zaman qullaqlarını tutması olub.
Qeyd edək ki Amil Xəlilin təqdimatında “Gəl dərdini danış” həftə içi hər gün saat 15:20 də Space Tv yayımlanır.
Minval.info
https://youtu.be/OCh0hwDllOU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!