Anar Nağılbazın qəbrini su basdı
Bu gün Azərbaycan repinin atası sayılan Anar Nağılbazın doğum günüdür.
“Minval.info” xəbər verir ki, bununla bağlı news24.az mərhum reperin eks həyat yoldaşı Anjelika Cəbiyeva ilə əlaqə saxlayıb. A.Cəbiyeva son günlər həyat yoldaşının məzarını ziyarət edə bilmədiyini açıqlayıb: “Bu gün çox təəssüf ki, Anarın məzarını ziyarət edə bilməyəcəm. Çünki güclü yağışlardan sonra məzarı su basıb. Bu da məzarın bərbad hala düşməsinə rəvac verib. Hazırda məzarın bərpası üçün işlər aparılır. Bizə iki gün ərzində işlərin bitəcəyi ilə bağlı söz verilib. Bundan sonra uşaqlarla birgə məzarını ziyarət edəcəyik”.
Anjelika Cəbiyeva maddi çətinliklərdindən də söz açıb: “Hazırda uşaqlarıma Anarın valideynləri köməklik edirlər. Ancaq əsas problem ev ilə bağlıdır. Çünki illərdir kirayədə yaşayıram”.
Qeyd edək ki, Anar Nağılbaz uzun sürən xəstəlikdən sonra ötən ilin avqust ayında 44 yaşında dünyasını dəyişib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi