Anar Məmmədxanovun anım günüdür
Bu gün “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun (ŞHK) keçmiş kapitanı, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun vəfatından 10 il ötür.
Anar Camal oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakı şəhərində doğulub.
1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.
Anar Məmmədxanov Azərbaycan tarixində ən gənc deputat olub. O, 1995, 2000 və 2005-ci ildə Milli Məclisə deputat seçilib.
1992-ci ildə ŞHK Ali liqanın çempionu, 1993-cü il ŞHK Ali liqanın finalçısı, ŞHK Yay kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandasının turnirinin çempionu (2000) olub.
Anar Məmmədxanov 23 Aprel 2011-ci ildə kəskin ürək qan-damar çatışmazlığından vəfat edib.
Evli idi, 3 övladı yadigar qalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!