ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlandı
Son beş il ərzində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 60-dan çox minaaxtaran it bağışlanıb. Bu barədə Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxış edən ABŞ-ın “Marshall Legacy Institute” təşkilatının baş direktoru Eliz Becker məlumat verib.
Minval.info xəbər verir ki, Eliz Becker ANAMA ilə 20 ildən artıq davam edən əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Onun sözlərinə görə, ANAMA öz əməliyyat təcrübəsini artıraraq, minaaxtaran itlər üzrə potensialını genişləndirib. Bu itlər hazırda müxtəlif sahələrdə minatəmizləmə işlərində fəal iştirak edirlər.
Proqramın ilkin mərhələsində yaradılan milli potensial, minaaxtaran itlər üzrə imkanların sürətlə genişlənməsinə şərait yaradıb və bu, ANAMA-nın minatəmizləmə fəaliyyətini daha da effektiv hala gətirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib