Ana və oğul üçün eyni ildə yeni başlanğıc
Məşhur aparıcı Elnarə Təhməzova bu il həyatında yeni bir mərhələyə qədəm qoyub. O, Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə qəbul olunaraq yenidən tələbə adını qazanıb.
Minval.info xəbər verir ki, televiziya rejissorluğu üzrə həm bakalavr, həm də magistr təhsili olan Elnarə Təhməzova psixologiyaya xüsusi maraq göstərdiyini və bu sahədə təhsil almağın ən böyük arzularından biri olduğunu bildirib. Nəhayət, o, bu arzusunu reallaşdırmaq qərarına gəlib.
Bu il Təhməzovlar ailəsində ikiqat həyəcan yaşanır: Elnarə xanım ali məktəbə, oğlu Mikayıl isə birinci sinfə qədəm qoyacaq. Beləliklə, ana və oğul üçün eyni ildə yeni dərs ili, yeni başlanğıclar və yeni həyəcanlar başlayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib