24.11.2021 - 13:42
Ölkə
18 baxış
Amnistiyaya düşən məhkumların yaş qrupları məlum oldu
“Amnistiyanın təsir dairəsinə daha çox 31-40 yaşlarında məhkumlar düşüblər”.Minval.info xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.
O bildirib ki, kişilər arasında həmin yaş qrupu ümumi sayın 36, qadınlar arasında isə 33 faizini təşkil edir: “Ümumi nəticədə isə bu göstərici 35 faizdən yüksəkdr. Sayına görə ikinci yeri 41-50 yaş qrupu təşkil edir.
18 yaşından 25 yaşınadək olan şəxslərin çəkisi ümumi halda 8 faiz təşkil etdiyi halda qadınlar arasında bu göstərici 5, kişilər arasında isə 6 faizə bərabərdir. Qadınlar arasında məhkumların say hesabı ilə bu, ən kiçik yaş qrupudur”.
“Amnistiyanın tətbiq olunduğu yaşı 60 yaşdan yuxarı olan şəxslərin göstəricisi 5 faizdir. Ümumi statistikada və kişilər arasında altmış yaşından yuxarı olan qrup amnistiya aktının tətbiq olunduğu ən az saylı yaş qrupudur. Onu da qeyd etmək lazımdır ki, akt qüvvəyə minənədək yetkinlik yaşına çatmamış şəxslərə də amnistiya artıq tətbiq olunub”, – o vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48