AMEA əməkdaşı Əkrəm Həsənov: "Bunu deyən yekəbaşdır" - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənovun Yerin öz oxu ətrafında fırlanması barədə dedikləri yenidən gündəm mövzusuna çevrilib.
Minval.info xəbər verir ki, Əkrəm Həsənov telekanalların birində yayımlanan verilişdə qonaq kimi iştirak edib. Ə.Həsənov ilahiyyatçı kimi qatıldığı verilişdə qonaqlar arasında mübahisələr yaşandığından həmin buraxılışın efirə getməyəcəyi barədə sosial şəbəkədə məlumat verilib. Bu paylaşımın rəylərində istifadəçilərin biri Nail Əsgərov onunla polemikaya girib. Belə ki, N.Əsgərov AMEA əməkdaşına Yerin öz oxu ətrafında fırlanmaması barədə dediklərini xatırladıb. Əkrəm Həsənov isə bunun yalan olduğunu bildirib, hətta kobud reaksiya verib:
“Mən yer fırlanmır sözlərini işlətməmişəm. Bunu mənim dediyimi iddia edən yalançı və yekəbaşdır. Onu bir ərəb şeyxi deyib. Yıxıblar üstümə ateistlər və qərəzli axmaqlar.”
Xatırladaq ki, AMEA əməkdaşı Əkrəm Həsənov bir neçə dəfə yazdığı statuslarla qınaq obyektinə çevrilib. Bu səbəbdən həmin postları silib və profilinə müdaxilələrin olduğu barədə məlumat verib.
Yada salaq ki, o, öz Facebook səhifəsində yazmışdı ki, Yer öz oxu ətrafında fırlana bilməz. Əkrəm Həsənov öz sözlərinin isbatı üçün Norveç kimi şimal ölkələrində Günəşin aylarla batmadığını fakt kimi göstərib: “Belə çıxır ki, bu ölkələrdə Yer öz oxu ətrafında 6 ay boyu fırlanmır?”
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib





