AMB sədri: “Məzənnə faktorunun inflyasiyaya təsirini gözləmirik”
“İnflyasiyanın başlıca faktoru valyuta məzənnəsidir. Biz bu istiqamətdə işlər görürük və məzənnə faktorunun inflyasiyaya təsirini gözləmirik”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
“Lakin burda başqa obyektiv faktorlar da var. Koronavirusun yayılması ilə əlaqədar müəyyən müvəqqəti təchizat problemləri yarana bilər. Bundan müxtəlif insanlar istifadə edə bilərlər. Hökumət bütövlükdə bu məsələni nəzarətdə saxlayacaq. Ölkənin təchizatının yaxşılaşdırılması və bu istiqamətdə maliyyə resurslarının toplanılması üçün addımlar atılması planlaşdırılır.
Digər tərəfdən, süni qiymət artımına yol verən, bu vəziyyətdən sui-istifadə edən insanlar, o cümlədən valyuta möhtəkirlərinə qarşı çox ciddi tədbirlər görüləcək”, – AMB sədri bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SOCAR-ın neft və qaz hasilatının maya dəyəri açıqlanıb
Avtobuslardan ödənişsiz istifadə nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
Azərbaycan neftinin qiyməti bahalaşır
Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar
Azərbaycan neftinin qiyməti qalxıb
Yeni həftəyə dolların məzənnəsi
Bakıda 900 min manat nizamnamə kapitalı ilə şirkət yaradılıb