Almaniya koronavirusa görə Azərbaycanı riskli ölkələr siyahısına salıb
Almaniya Federativ Respublikası koronavirus pandemiyası ilə bağlı Azərbaycanı riskli ölkələr siyahısına salıb. Almaniyada yoluxucu xəstəliklərin öyrənilməsi ilə məşğul olan Robert Kox İnstitundan Xeber.de-yə verilən məlumata görə, siyahıda olan 130 ölkə koronavirusa görə səyahət üçün təhlükəli hesab edilir.
Artıq Almaniya Xarici İşlər Nazirliyi rəsmi internet saytında siyahıda olan ölkələrə səyahət etməməklə bağlı bildiriş yayımlayıb.

Riskli ölkələrdən Almaniyaya gələcək olanlar isə, məcbur 14 gün karantin nəzarətində saxlanılacaqlar.
İspaniya və İtaliyadan sonra üçüncü ən populyar tətil yeri olan Türkiyənin də riskli ölkələr siyahısında olması milyonlarla insanı yay tətili planını dəyişdirmək məcburiyyətində qoyub.
Robert Kox İnstitundan bildirilib ki, Avropa Birliyi vətəndaşlar üçün riskli ölkələrin sayı 160-dır. Almaniya üçün 130 riskli ölkə siyahısı Federal Səhiyyə Nazirliyi, Federal Xarici İşlər və Federal Daxili İşlər Nazirliyinin birgə təhlili və qərarı əsasında tərtib olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hüseyn Əzizoğlu: Mən kişi deyiləm - Video
Rusiya Silahlı Qüvvələri: Dağlıq Qarabağda atəşkəsə riayət edilir
“Azərişıq”dan borclu abonentlərlə bağlı RƏSMİ MƏLUMAT
Azərbaycanda koronavirus şübhəsi olan şəxslərə xəbərdarlıq edildi
Azərbaycanlılar Çindən gətirilərək xəstəxanaya yerləşdirilib
Azərbaycan Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verib