30.08.2018 - 14:27
İdman 21 baxış

”Alman tankı” öz karyerasını sonlandırdı

Dünya şöhrətli futbolçu Bastian Şvaynştayger futbol karyerasını bitirib.

Ulduz futbolçu “Bavariya” – “Çikaqo” matçından sonra futbolsevərlər və yaşıl meydanlarla vidalaşıb.

Minval.info xəbər verir ki, Bastian Şvaynştayger vida matçında ”Bavariya”-nın ”Çikaqo Fayr”  üzərində 4-0 hesablı qalibiyyətində qola da imza atıb.

13 yaşından “Bayer”-nin heyətində tər tökən ulduz, 500 matça çıxıb 68 qola və 100 asistə imza atıb. Bu müddət ərzində 8 liqa, 7 Almaniya və 1 Çempionlar Liqası kuboku qazanıb. 2016-cı ildə vida etdiyi Almaniya Millisində 121 oyunda forma geyinib.

Yaşadığı uzunmüddətli zədələrdən sonra karyerasında eniş yaşayan “alman tankı” karyerasının sonlarına doğru “Mançester Yunayted” və “Çikaqo Fayr”-da forma geyinib.

Vüqar

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: