"Alibaba"nın səhmləri Honkonq birjasında debütdə bahalaşıb
Çinin elektron ticarət nəhəngi “Alibaba Group Holding”in səhmləri çərşənbə axşamı səhər saatlarında Honkonq Fond Birjasında debütdə 6,3% bahalaşıb.
“Report” TASS-a istinadən xəbər verir ki, əməliyyatların ilk saniyələrində bir qiymətli kağızın dəyəri birjaya yerləşdirildiyi 176 Honkonq dollarından (22,49 ABŞ dolları) 187 Honkonq dollarına (23,89 dollar) qədər artıb.
“Alibaba” ikinci listinq zamanı ümumilikdə 15 faiz əlavə opsiyalı 500 milyon adi səhm buraxıb. Bu, şirkətə toplamda 101,2 milyard Honkonq dolları (12,9 milyard ABŞ dollar) cəlb etməyə imkan verib.
Mövcud proses son doqquz il ərzində Honkonqda ən böyük birjaya yerləşdirmə olub. 2014-cü ildə qərargahı Hançjou şəhərində (Şərqi Çin) yerləşən “Alibaba” Nyu-York birjasında səhmlərin ilkin yerləşdirməsindən (IPO) sonra rekord məbləğdə – 25 milyard ABŞ dolları toplamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi