Ali təhsil müəssisələrinə qəbul olunanların sayı açıqlandı
2026-cı il üçün ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayı açıqlanıb. Bu il 58,947 nəfər ali məktəblərə qəbul olunub.
Minval.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, abituriyentlər və subbakalavrlar müsabiqənin nəticələrini Mərkəzin rəsmi internet səhifəsindən və ya mobil operatorlar vasitəsilə öyrənə bilərlər. Bunun üçün “iş nömrəsi” və ya “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərmək kifayətdir.
Qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçiriləcək. Elm və Təhsil Nazirliyinin “mygov” platformasında təqdim etdiyi xidmət vasitəsilə qeydiyyat 28 avqustdan 8 sentyabr saat 18:00-dək davam edəcək. Qeydiyyatdan keçməmək abituriyentin qəbuldan imtina etməsi kimi qiymətləndiriləcək.
Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87,146 nəfər iştirak edib. Onlardan 58,947 nəfəri (4215 subbakalavr daxil olmaqla) qəbul olunub. 28,108 nəfər dövlət sifarişi əsasında, 317 nəfər dövlət hesablı, 30,522 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb.
Üç nəfər beynəlxalq fənn olimpiadası, 103 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı üzrə müsabiqədənkənar qəbul olunub. SAT imtahanı nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi 520 abituriyent ADA Universitetinə qəbul edilib. 98 nəfər isə idman istiqaməti üzrə qəbul olunub.
Azərbaycan – Fransız Universitetinə (UFAZ) 185, Bakı Mühəndislik Universitetinə (Koreya Respublikasının İNHA Universiteti ilə birgə proqramı üzrə) 104, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına 125, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına isə 17 abituriyent qəbul olunub.
Qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 6-cı sayında elektron formada təqdim olunacaq. Jurnalın 7-ci sayında isə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması və boş qalan plan yerləri haqqında məlumat veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hava soyuyur: Dağlarda leysan və dolu gözlənilir
Laçında enerji əməkdaşlığı: Azərbaycan-Ermənistan görüşü
Bakı məktəblərində işə qəbul imkanı!
Qarabağ"ın zədəli ulduzları: Son durum açıqlanıb
Bakı-Ağstafa qatarlarında əlavə reyslər başlayır
Uyğunsuz dondurma: 158 kq məhsul məhv edildi
Azərbaycanda 7 ayda 83 uşaq övladlığa verildi