Ali Məhkəmənin sədri: “Jurnalistləri məhkəməyə buraxmamaqla səhv edirlər”
“Mən dəfələrlə demişəm, bir daha bununla bağlı həmin məhkəmə sədrləri ilə danışaram”
“Jurnalistlərin məhkəmə proseslərinə buraxılması yalınız qapalı keçirilən proseslərdə məhdudlaşdırıla bilər. Açıq məhkəmə prosesində iştirak etmək isə jurnalistin hüququ və vəzifəsidir”.
Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Bizimyol.info saytının əməkdaşının sualını cavablandırarkən deyib. Jurnalist sualında qeyd edib ki, bir çox məhkəmələrdə, xüsusilə də Bakı Hərbi Məhkəməsinin baxdığı açıq proseslərə media nümayəndələrinin daxil olmasına məhdudiyyət qoyulur.
Ramiz Rzayev isə bildirib ki, bu tamamilə qanunsuzdur. “Əgər baxılan işdə hərbi, dövlət, ailə və ya kommersiya sirri təşkil edən məlumatlar varsa, bu halda proses qapalı keçirilə bilər. Bu da əvvəlcədən elan edilir. Açıq məhkəmə iclaslarını isə jurnalistlər sərbəst şəkildə izləyib yaza bilər. Bakı Hərbi Məhkəməsi jurnalistləri belə proseslərə buraxmırsa, düz etmirlər. Mən dəfələrlə demişəm, bir daha bununla bağlı həmin məhkəmə sədrləri ilə danışaram. Bu sizin hüququnuzdur və açıq məhkəmə proseslərində peşə fəaliyyətinizi sərbəst davam etdirə bilərsiniz” – deyə sədr bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO