07.08.2026 - 12:11
Ölkə 59 baxış

Ali məhkəmədən idxalçılara xəbərdarlıq: Qonorar ödəmədən qaçış yoxdur!

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası müəllif hüquqları ilə bağlı əhəmiyyətli bir qərar qəbul edərək, idxalçıların qonorar ödəməkdən yayına bilməyəcəyini təsdiqləyib.

Minval.info xəbər verir ki, Ali Məhkəmə tərəfindən yayılan məlumatda, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatının cavabdeh şirkətə qarşı iddia qaldırdığı bildirilir. İddiaçı, cavabdehin şəxsi məqsədlər üçün gəlir əldə etmədən surət çıxarmaq üçün istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etdiyini irəli sürərək, qonorarın tutulmasını tələb edib.

Cavabdeh isə idxal etdiyi malların qanunda nəzərdə tutulan surətçıxarma avadanlıqları və maddi daşıyıcılar kateqoriyasına aid olmadığını, yalnız elektronika və məişət texnikası idxal etdiyini bildirərək, qonorar ödəmək öhdəliyi daşımadığını iddia edib. Məhkəmələr iddianı rədd edərək, cavabdehin müqavilə bağlamaq üçün razılıq vermədiyini və iddiaçının sübut təqdim edə bilmədiyini qeyd ediblər.

Ali Məhkəmə isə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü maddəsinə istinad edərək, müəlliflərin qonorar almaq hüququnun və idxalçıların bu qonorarı ödəmək öhdəliyinin birbaşa qanundan irəli gəldiyini vurğulayıb. Məhkəmə, müqavilənin bağlanmasının tərəflərə qonorarın məbləğini və ödənilməsi şərtlərini müəyyən etmək imkanı verdiyini, lakin bu hüququn həyata keçirilməsi üçün hüquqi fakt olmadığını bildirib.

Kassasiya kollegiyası, cavabdehin müqavilə bağlamaq öhdəliyinin yolverilməz olduğunu qəbul etsə də, müəlliflərin qonorar almaq hüququnun qanundan irəli gəldiyini və bu hüququn rədd edilməməsi lazım olduğunu qeyd edib. Əks halda, idxalçılar sadəcə müqavilə bağlamaqdan imtina edərək, qanunla nəzərdə tutulmuş ödəniş öhdəliyindən yayına bilərlər ki, bu da müəlliflərin hüquqlarının həyata keçirilməsini çətinləşdirər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: