Aktyorumuz Bollivud filmində: Urdu dilində danışıb yüksək qonorar alacaq
Əməkdar artist Cavanşir Hadıyev Bollivud istehsalı olan filmə çəkilir.
Bu barədə C.Hadıyev “Facebook” hesabında məlumat paylaşıb.
O bildirib ki, uşaqlıqdan Hindistan filmlərini böyük həvəslə izləyib. Hindistan filmində rol almaq təklifi isə aktyor üçün gözlənilməz sürpriz olub.
Əməkdar artistin çəkiləcəyi filmlə bağlı təfərrüatları öyrənmək üçün Oxu.Az-ın əməkdaşı Cavanşir Hadıyevlə əlaqə yaradıb.
Aktyor deyib ki, onun Hindistan filmində çəkilməsinə “Nərimanfilm” kinostudiyası şərait yaradıb:
“Nərimanfilm”dən zəng gəldi. Söylədilər ki, məni Hindistan kinematoqrafçılarına təqdim ediblər. Onlar tez-tez öz filmlərini Azərbaycanda lentə alırlar. Son illərdə hindlilər Azərbaycanda 15-ə yaxın ekran əsərinin çəkilişini aparıblar.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Çəkiləcəyim film Bollivud istehsalıdır. Onlar mənimlə görüşüb kiçik bir video çəkdilər. Həmin görüntüləri filmin quruluşçu rejissoruna göndərdilər. Üç gündən sonra zəng gəldi, bildirdilər ki, filmin rejissoru Bakıdadır, mənimlə görüşmək istəyir. İlk görüşdən rejissor dedi ki, bu obrazı məhz mənə yaraşdırıb, mənimlə işləmək istəyir”.
“Kəşmir müsəlmanlarının milli qəhrəmanı, sevimli liderləri və Hindistan hökumətinin qatı düşməni Əbu Həmzəni urdu dilində canlandırmaq böyük bir məsuliyyətdir”, – deyən aktyor filmin dörd ölkədə çəkiləcəyini dilə gətirib.
“Sözügedən film məkan olaraq Azərbaycan, Dağıstan, Qazaxıstan və Hindistanda lentə alınacaq. Ekran işində urdu dilində danışacağam. Mən isə bu dili bilmədiyim üçün sözləri bir-bir əzbərləyəcəyəm. Sözlərin düzgün tələffüzü mütləqdir. Onlar özləri mənə bu işdə yardımçı olacaqlar. Təbii ki, daha sonra səsləndirmə də olacaq”.
C.Hadıyev qeyd edib ki, filmin çəkilişlərinə sabahdan etibarən start veriləcək:
“Çəkilişlər sabah başlayır. Hindistandan nümayəndələri artıq bir aydır ölkəmizdədirlər. Məkan olaraq isə Quba rayonu seçilib. Bu gün axşam ora yola düşürəm”.
Aktyor filmdən alacağı qonorarı açıqlamasa da, kifayət qədər böyük rəqəm olduğunu gizlətmədi:
“Qonorarın nə qədər olduğunu açıqlamaq istəmirəm. Bir onu deyə bilərəm ki, Azərbaycanda qazana biləcəyim məbləğdən qat-qat çoxdur”.
Əməkdar artist onu da bildirib ki, filmin premyerasına şəxsən rejissor tərəfindən dəvət alıb. Ekran əsəri isə gələn il avqustun 15-də Hindistanda nümayiş olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər