AKİ-yə yeni sədr: Şəfiqə Məmmədova seçildi
28 avqust 2026-cı il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib. İclasda AKİ-nin cari fəaliyyəti, təşkilati məsələlər və növbəti Konfransın keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Minval.info xəbər verir ki, iclasın yekununda Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi qərara alınıb. Eyni zamanda, AKİ-nin Konfransının 11 sentyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılıb.
İclasda, həmçinin üzvlük siyahısının dəqiqləşdirilməsi və bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələləri də müzakirə olunub. İdarə Heyətinin üzvü və İcraçı katib Əli İsa Cabarovun istefa ərizələri qəbul edilib. Şəfiqə Məmmədovanın sədrliyə vahid namizəd kimi təsdiqlənməsi də yekdilliklə qərara alınıb.
Qeyd edək ki, bu qərarlar İttifaqın təşkilati fəaliyyətinin tənzimlənməsi və qarşıdakı Konfransa hazırlığın təmin edilməsi məqsədi daşıyır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda IRONMAN yarışı üçün yollar bağlanır
Qərb mediasının Azərbaycana qarşı qərəzli kampaniyası
Renat Dadaşov Ukraynanın 'Bukovina' klubunda!
Bakıda göz rəngi əməliyyatı görməni zəiflətdi
Bakıda arıçılıq məhsullarının yarmarkası başlayır
Gənclik Mall önündə tıxacın gizli səbəbi açıqlandı
Azərbaycanın demoqrafik gələcəyi təhlükədədir