Ailənin dənizdəki istirahəti faciəyə çevrildi: Elman məmmədov itkin düşüb, axtarışlar davam edir
Astara sahillərində ailəvi istirahət faciə ilə nəticələnib. Hadisə Xəzər dənizinin Astara şəhəri yaxınlığında, nəzarət olunmayan bir ərazidə baş verib.
Minval.info xəbər verir ki, Masallı rayonunun Kosagül kəndindən olan 36 yaşlı Elman Məmmədov qohumları ilə birlikdə dənizə çimməyə gedib. Lakin Elman Məmmədovun dənizdən çıxmadığı məlum olub.
Hadisə şahidlərinin dediyinə görə, Elman Məmmədov qohumlarına dənizdən çıxmalarını və onun da ardınca gələcəyini bildirib. Ancaq bir müddət sonra onun sudan çıxmadığı aşkar edilib. “Bacım oğlu ilə birlikdə gəlmişdilər. O, dənizdə qalıb. Bacım oğluna deyib ki, siz çıxın, mən də gəlirəm. Ondan sonra axtarırıq, tapa bilmirik. Dənizdə qalıb, çıxa bilməyib. Ailəlidir, beş uşağı var,” – deyə bir sakin bildirib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı rayon Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda Elman Məmmədovun axtarışları davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib