31.01.2022 - 12:02
İqtisadiyyat
16 baxış
Aİ-92 benzini ilə bağlı yenilik gözlənilir - Səbəbi açıqlandı
“Nazirlər Kabineti Azərbaycana idxal edilən Aİ-92 avtomobil benzinini gömrük rüsumundan azad edib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib”.“Minval.info” xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib:
“Gələn aydan tətbiq ediləcək güzəştlər iyunun 1-dək qüvvədə qalacaq. Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsi bu növ benzinin qiymətinə təsir edə bilərmi?
Qeyd edək ki, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Güzəştlərin çox qısamüddəti, yalnız 4 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının təklifə təsir etməməsi üçün növbəti 4 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək.
Digər tərəfdən, güzəştin təsirlərini qiymətləndirmək üçün xərc müşahidələrinə ehtiyac var. İdxal edilən benzinin xərcinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsi, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsi məqsədəuyğundur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti 107 dolları keçdi!
14.09.2026 - 09:32
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
12.09.2026 - 22:53
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
12.09.2026 - 14:36
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
12.09.2026 - 12:37
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
12.09.2026 - 11:48
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
12.09.2026 - 08:25
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
12.09.2026 - 08:04
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
11.09.2026 - 22:58