"Ahbap" istintaqı genişlənir: Tanınmış jurnalist və sənətçilər ifadəyə çağırıldı
Türkiyədə “Ahbap” dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində bir sıra tanınmış simalar prokurorluğa ifadə verməyə çağırılıb.
Minval.info xəbər verir ki, İstanbul Prokurorluğunun araşdırması çərçivəsində jurnalistlər Ece Üner və Fatih Portakal, vəkil Feyza Altun, müğənni Gökhan Özoğuz və aparıcı Öykü Serter ifadə veriblər.
Məlumata görə, onlar ifadələrində “Ahbap” dərnəyi ilə hər hansı maliyyə və ya kommersiya əlaqələrinin olmadığını bildiriblər.
İstintaq çərçivəsində daha altı tanınmış şəxsin də ifadə verməsi tələb olunub. Onların sırasında jurnalistlər Fatih Altaylı, Ruşen Çakır və Özlem Gürses, komediya ustası Şahan Gökbakar, aktrisa Hazal Kaya və yutuber Fatih Koparan yer alır.
Xatırladaq ki, daha əvvəl bu iş üzrə “Ahbap” dərnəyinin təsisçisi Haluk Levent və “Babala TV”nin yaradıcısı Oğuzhan Uğur həbs ediliblər.
İstintaq materiallarında Haluk Leventin dərnək adından və ianə vədlərindən istifadə etməklə zərərçəkənlərdən daşınmaz əmlak əldə etdiyi iddia olunur. Bildirilir ki, bu əmlaklar əvvəlcə köməkçisi Yeliz Kayaya verilib, daha sonra isə müxtəlif şəxslərin adına rəsmiləşdirilib. İttihamlara əsasən, nəticədə təxminən 60 milyon ABŞ dolları məbləğində zərər yarandığı iddia edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Space TV“ onu günahlandırdı - “Kanalı bu vəziyyətə saldı”
Haluk Leventi qardaşı da satdı - 1.5 milyon dollar açıqlaması
Müəllimin güllələndiyi iş üzrə məhkəmə qapalı keçirildi
Vəkil açıqladı: Ev dustaqlığında sosial şəbəkə qadağası necə tətbiq olunur?
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Şahin Şıxlinski və oğlu müxtəlif cəzaçəkmə müəssisələrinə göndərilib
"Arzum 9999" Almaniyaya gedə biləcək? – Hüquqşünas açıqladı