Ağsuda başlanan yanğın Şamaxıya çatır
Ağsunun Gəgəli kəndi istiqamətində başlanan yanğın Şamaxıya yaxınlaşıb.
Bu barədə “Minval.info”ya Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Əliyev məlumat verib.
Onun sözlərinə görə, yanğın hələ ki, Şamaxı rayonuna keçməyib: “Yanğının tüstüsü, dumanı görünür, lakin Şamaxıya çatmayıb. Hazırda ərazidə yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində iş görürlər. Hələ ki, yanğının bura keçmə ehtimalı yoxdur”.
Qeyd edək ki, Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində yüksək dağlıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və kənd camaatının köməyi ilə yanğının meşəyə keçməsinin qarşısı alınır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!