Ağstafada TikTok çəkilişi faciə ilə bitdi
Ağstafa rayonunda 15 yaşlı yeniyetmə TikTok üçün video çəkərkən faciəvi hadisə baş verib. Yeniyetmə Ömər Nəsibov dəmir yolu sahəsində vaqonlardan birinin üzərinə çıxarkən elektrik cərəyanına düşüb.
Minval.info xəbər verir ki, ağır yanıq xəsarətləri alan Ömər Nəsibov dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə onun vəziyyəti stabilləşdirilib və daha sonra müalicəsini davam etdirmək üçün Bakıya göndərilib. Hazırda yeniyetmənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Hadisənin şahidi olan bir şəxs güclü partlayış səsi eşitdiyini və çölə çıxanda bir nəfərin yandığını gördüyünü bildirib. O, dərhal yeniyetməni xəstəxanaya çatdırıb. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib