Ağstafada şəhid ailələrinə yeni mənzillər veriləcək
Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzil təminatı məqsədilə 9 mənzil alınacaq. Bu məqsədlə Sosial Xidmətlər Agentliyi tərəfindən 666 min manat vəsait ayrılıb. Layihə çərçivəsində 3 ikiotaqlı və 6 üçotaqlı mənzil alınması planlaşdırılır. Mənzillərin Ağstafa rayonunda yerləşməsi və müəyyən edilmiş tələblərə uyğun olması nəzərdə tutulur. Layihənin əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin, xüsusilə şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Yeni mənzillərin təqdim edilməsi bu kateqoriyadan olan ailələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına və onların sosial təminatının gücləndirilməsinə imkan verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi