Ağdaşda heyvan bazarı yenidən canlanır: Müasir standartlarla satışa start verildi
Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvanların satışı üçün nəzərdə tutulan bazar yenidən fəaliyyətə başlayıb.
Minval.info xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu barədə məlumat yayıb. Agentlik bildirir ki, bazar müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik standartlarına uyğun olaraq yenidən təşkil edilib.
Bazarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb. Burada kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün avadanlıqlar quraşdırılıb. Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri də tam şəkildə qurulub.
Xatırladaq ki, daha əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları da fəaliyyətə başlamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib