25.10.2021 - 16:53
Ölkə
26 baxış
Ağdaş Mərkəzi Xəstəxanasından şikayət: 4 gündür nə maska, nə su verirlər

Ağdaş rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrə diqqət göstərilmir.
Minval.info Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Lətafət Məlikova məlumat verib. Onun sözlərinə görə, orada müalicə alan koronaya yoluxmuş bacısı
Məlikova Gülsabah 4 gündür nə maska, nə də su ilə təmin olunub:
“Ağdaş rayon xəstəxanasının nəzdində korona xəstəxanasından zəng gəldi. Korona xəstələri – ağır və yüngül keçirən xəstələr eyni palatada yerləşdirilib. Xəstələr maska və su ilə təmin edilmir. Bu, həm də orada çalışan tibb işçilərinin həyatı üçün təhlükəlidir”.
Hüquq müdafiəçisi Ağdaş rayon deputatından bu məsələni diqqətdə saxlamağı xahiş edib:
“Cavid Osmanovdan bu məsələni diqqətdə saxlamağı xahiş etmişəm. Problemi hüquq müdafiəçisi Cingiz Qənizadənin də nəzərinə çatdırıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48